Ali məktəbələrlə bağlı: Müsabiqə ŞƏRTLƏRİ

14:04 07.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul imtahanında (hər iki mərhələ üzrə birlikdə) topladığı ümumi bal əsasında aparılır.

Hafta.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi (DİM) bəyan edib ki, cari ildə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının ikinci mərhələsində iki müxtəlif ixtisas qrupu üzrə imtahan verən abituriyent müvafiq müsabiqə şərtlərini ödədiyi halda, hər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər.

Həmçinin I ixtisas qrupunun müxtəlif altqrupları üzrə imtahan verən abituriyent müvafiq müsabiqə şərtlərini ödədiyi halda, hər iki altqrup üzrə müsabiqədə iştirak edə bilər.

Eyni şəkildə, III ixtisas qrupunun müxtəlif altqrupları üzrə imtahan verən abituriyent müvafiq müsabiqə şərtlərini ödədiyi halda, hər iki altqrup üzrə müsabiqədə iştirak edə bilər.

Ali məktəblərin müsabiqə şərtlərini aşağıdakı linkdə təqdim edirik:

 //dim.gov.az/.../musabiqe-sertleripdf_11-06-2025_11..